Suvarma

Avtomatik suvarma sistemi – həm sizin, həm də  bağınız üçün çox rahat şərait deməkdir. Yəni bu, sulamanı əllə aparan, hətta ən çalışqan bağbanın belə qibtə edəcəyi keyfiyyətli suvarma deməkdir. Burda hər şey nəzərə alınmışdır: həm bitkilərin növü, həm suvarma avadanlığının başlıqları, həm suvarmanın başlanğıcı və sonu, həm də istifadə edilən suyun həcmi. Suvarmanı bir günlüyə, bir həftəliyə və hətta bir illiyə proqramlaşdırmaq mümkündür. Bu sistem istənilən landşaftı çox gözəl tamamlayır, bağ sahibinə heç bir problem yaratmır və bağın özünü də ideal görkəmdə saxlayır.