Haqqımızda

 

"Bakı Abadlıq Xidməti” MMC məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə xidmətlərin tam çalarlarını göstərir. Biz məişətimizin  müxtəlif sahələrində cürbəcür xidmətlər və onların kompleks həllərini təklif edirik.

 İşimizdə   tikintinin, bağ-park sənətinin ənənəvi üsulları memarlığın yeni tendensiyaları ilə ahəngdarlıq təşkil edir. Şirkətinin iş prinsipi – fərdi yanaşma, işin yüksək keyfiyyətlə yerinə yetirilməsidir. Mütəxəssislərimiz sizin   istək və zövqünüzü nəzərə almaqla sahənizi düzgün şəkildə planlaşdıra, evin layihəsini hazırlaya, bitki çeşidlərini seçə bilərlər. Təklif etdiyimiz xidmət  çeşidinin daim genişləndirilməsi, işlərin keyfiyyətlə yerinə yetirilməsi, müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq  - şirkətimizi fərqləndirən xüsusiyyətlərdir. Bu sahədə böyük təcrübəyə əsaslanaraq gördüyümüz bütün işlərin keyfiyyətinə zəmanət veririk.

Şirkətimizdə dizayn, memarlıq, kənd təsərrüfatı sahəsində ölkənin aparıcı ali məktəblərinin məzunları çalışır. Əməkdaşların peşəkarlığı istənilən mürəkkəblikdə sifarişləri yerinə yetirməyə imkan verir. Öz işimizdə bağ-park sənəti sahəsində ənənəvi yanaşmaları, müasir texnologiyaları və novator ideyaları birləşdiririk. Landşaft işlərilə yanaşı, şirkətimiz otaqların interyerinin bitkilərlə tərtibatı, o cümlədən qış bağlarının qurulması ilə də məşğul olur. Əməkdaşlarımız Sizə bitkiləri seçməyə, onları uyğun şəkildə düzməyə, onlara qulluğu təşkil etməyə, həmçinin bununla bağlı hər bir məsələdə məsləhət verməyə hazırdır. 

Sizə aşağıdakı xidmət növlərini təklif edirik:

  • Landşaftın layihələndirilməsi
  • Landşaft işləri
  • Memarlıq işıqlandırma
  • Kiçik memarlıq formalarının tikintisi
  • Müəllif nəzarəti