Yaşıllaşdırma

Yaşıllaşdırma dedikdə, dekorativ bitkilərin seçilməsi və əkilməsi nəzərdə tutulur.

Dekorativ yaşıllaşdırma üçün ən münasib ağaclar özlərinin ölçüsü, gözəlliyi və forma rəngarəngliyi, yarpaqlarının çoxluğu və görünüşü, güclü isti, soyuq, quraqlıq və rütubətlilik şəraitinə dözümlülüyü ilə seçilən ağaclar sayılır. Yaşıllaşdırma zamanı ən yaxşı kol bitkiləri isə özlərinin gözəlliyinə və çiçəklənmə dövrünün uzunmüddətliliyinə görə seçilən kollara üstünlük verilir.

Yaşıllaşdırma üzrə aşağıdakı işləri həyata keçiririk:

  • Qazonların abadlaşdırılması – ən populyar landşaft işlərindən biridir. Qazonin salınmasından ötrü ərazini düzgün planlaşdırmaq, torpağı səpinə hazırlamaq və hər bir qazon sahəsi üçün optimal uyğun ot toxumlarının qarışığını seçmək çox vacibdir. Biz həmçinin kifayət qədər yeni, amma artıq populyar qazon növünə çevrilmiş rulon formalı qazon təklif edə bilərik. Bizim firmada istənilən növ qazonun keyfiyyəti çox yüksəkdir.
     
  • Ağacların basdırılması – elə bir iş növüdür ki, bunsuz istənilən yaşıllaşdırmanı təsəvvür belə etmək olmaz. Bu işdə ən vacibi əsas prinsipə –  müxtəlif növ ağacların özünü doğruldan və savadlı uzlaşmasına riayət etməkdir. Bu zaman o da nəzərə alınmalıdır ki, boyatma prosesində ağaclar bağın çox böyük bir hissəsini tutacaqdır. Bizim mütəxəssislərimiz əkilmək üçün yalnız müvafiq və keyfiyyətli materialı seçir və onu sahə üzrə düzgün paylaşdırır.
     
  • Güllüyün salınması – ən maraqlı və yaradıcı işdir. Güllüyün, bağçaların o qədər növləri, üslubları və formaları mövcuddur ki! Burada seçim üçün məhdudiyyət yoxdur. Bizim dizaynerlər bağ sahələrini və şəhərlərin küçələrini yaşıllaşdırmaqdan ötrü, çiçəklədiyi bütün dövr ərzində sahiblərinin və sadəcə yoldan ötənlərin gözlərini oxşayan olduqca yaraşıqlı güllüklər yaradırlar. Güllüklər üzərində iş! Bu, mütləq yüksək bədii zövq, çiçəkləyən çoxsaylı bitkilərlə bağlı biliklər, ləklər üçün müvafiq güldanların seçimi ilə bağlı xüsusi bacarıq tələb edən gərgin işdir.
     
  • Yaşil təpəciklərin yaradılması – istənilən bağın və sahənin gözoxşayan, baxımlı guşəsinə çevrilə bilər. Burada ən vacibi həmin yaşıl “dağlar” üçün yerin düzgün müəyyən edilməsi və bitkilərin savadlı seçilməsidir. Dizaynerlərimiz yaşıl təpəciklərin yaradılması üzrə bir neçə sifarişi yerinə yetirmiş və onlardan heç biri digərinə bənzəməmişdir.