Bağçılıq

Kiçik bir bağ sahəsinə sahib olsanız belə, həmin bağa qulluq etmək hərdən çoxlu vaxt və fiziki güc tələb edir. Hətta peşəkarlar tərəfindən düzgün layihələşdirilmiş və təşkil edilmiş bağın da mütəmadi qulluğa ehtiyacı vardır.

Özünüzün bağ sahənizi layihələşdirməyə başlayarkən əvvəlcədən müəyyən etməlisiniz ki, bu bağ az qulluq tələb edən olacaq, yoxsa seçdiyiniz layihəyə görə bağa qulluq etmək həddən artıq vaxtınızı alacaq?

Bağınızdakı bitkilərin normal boy atması və inkişafı üçün mütləq drenaj sisteminə diqqət yetirməyiniz lazımdır. Bu işlər zəminin hədsiz rütubətlənməsinin qarşısını almağa kömək edər. Bitkilərin əksəriyyəti bu vəziyyəti xoşlamır, xəstəliklər və ziyanvericilər isə əksinə, rütubətlilik artdıqda daha fəal surətdə çoxalmağa başlayırlar.

Bağa qulluq ərazinin yaşıllaşdırılması başa çatdıqdan dərhal sonra başlayır. Burada önəmli rolu becərilən materialın keyfiyyəti və yetişmə sürəti oynayır. Artıq gənc və təzəcə basdırılmış bitkilər özlərinə qarşı xüsusi diqqət tələb edirlər. Bitkilər əkildikdən sonra birinci növbədə görüləsi iş onların doyunca suvarılmasıdır. Zərurət yaranarsa, düzgün böyümələri üçün bitkiləri    bağlamaq lazımdır.

Bağa qulluğa aşağıdakılar daxildir:

Ağaclara  və kollara qulluq zəruri əməliyyatlar deməkdir – kökətrafı zəminin yumşaldılması, suvarma, ağacların gövdələrinin ağardılması, budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktiki tədbirlər, gübrələrin verilməsi, istisevər növlərin qış mövsümündə örtülməsi.

Ağacların və kolların budanmasını yazın əvvəllərində, yaxud fevral ayının ortalarından yazın axırlarına qədər (hava və iqlim şəraitindən asılı olaraq) və bir də payızda, budaqların boyatması dayandıqdan sonra aparmaq məsləhətdir.

Ağacların və kolların diblərinin gübrələnməsi onların böyüməsini və hərtərəfli inkişafını sürətləndirir. Amma, buna baxmayaraq, prinsip etibarilə bütövlükdə bağa qulluq kimi, gübrələrin verilməsi də qaydalara ciddi riayət olunmasını tələb edir! Üzvi mənşəli, yəni heyvani, yaxud bitki mənşəli gübrələr kökün strukturuna müsbət təsir göstərir, kök sisteminin böyüməsini və çiçəkli torpağın inkişafını stimulyasiya edir. Mineral gübrələr  kökdə elə də ləngimir, bilavasitə bitkinin özü tərəfindən mənimsənilir.

Suvarma – bağa ümumi qulluğa daxil olan bitkilərə qulluğun ən vacib tədbirlərindən biridir. Bitkiləri suvarmağın əsas məqsədi – köklərdə rütubətliliyi təmin etməkdir. Amma ənənəvi suvarmadan savayı, çiləmə üsulundan da tez-tez istifadə olunur ki, bu zaman bitkilərin yalnız yerin üstündəki hissəsi sulanır. Bu üsul xüsusilə iynəyarpaq bitkilərə müsbət təsir göstərir.

Bitkilərin xəstəliklərə və ziyanvericilərə qarşı gübrələnməsi, bir qayda olaraq, ildə bir neçə dəfə, zərurət yaranarsa, daha çox aparılır. Birinci gübrələnməni bitkilərin çiçəklənməsi ərəfəsində aparmaq məsləhət görülür. Bitkilərə gübrənin xüsusi preparatlarla çilənməsi xəstəliklərin inkişafının və ziyanvericilərin çoxalmasının qarşısını almağa imkan verir. Gübrələmə zamanı hava sakit, küləksiz və yağmursuz olmalıdır. Çiləmə əməliyyatını təhlükəsizlik texnikası qaydalarını nəzərə almaqla və xüsusi uniformada aparmaq vacibdir, çünki bir çox preparatlar insan sağlamlığı üçün zərərlidir.

Əgər sizin torpaq sahənizdə su anbarı varsa, bu halda bağınıza qulluq vaxtınızı daha çox aparacaq. Balıqların həyati əhəmiyyətli məhsulları və su anbarının digər sakinləri, bitkilərin qalıqları – bütün bunlar suyu kifayət qədər çirkləndirir. Su saxlanclarının sahibləri hər payız mövsümündə suyun “çiçəklənməsi” problemi ilə üzləşirlər.  Belə bir vəziyyət yaranan kimi su və alaq otlarını imkan daxilində yaba, yaxud səbətlə toplamaq lazımdır. Yay mövsmündə su tez buxarlanır, buna görə də üzərinə mütəmadi olaraq əlavə etmək lazım gəlir. Bundan ötrü ən yaxşısı durulmuş sudan istifadə etmək məsləhətdir. Qışda isə kiçik saxlancların suyunu boşaldırlar, əks təqdirdə su tutarı dibinə qədər tamam dona bilər.

Bağda təşkil olunmuş yaşıl guşələrə qulluq ilkin yazdan başlayır: torpağın yumşaldılması aparılır, boy atmış alaq otları ləğv edilir. Yaşıllığa qulluq zamanı əsas çətinlik alaq otları ilə mübarizədir.

Bağa qulluq prosesi, əlbəttə ki, özündə qazona quluğu da birləşdirir. Axı, qazon lap çoxdan istənilən bağ sahəsinin ayrılmaz hissəsinə çevrilmişdir. Onu mütəmadi surətdə biçmək, gübrələrlə yemləmək, suvarmaq, zibildən təmizləmək və s. quluq göstərmək lazımdır. Xüsusilə yetişdirildiyi birinci ilində qazona daha diqqətli qulluq tələb olunur. Yəni, vaxtaşırı sulamaq, alaq otlarının və xəstəliklərin əmələ gəlməsini nəzarətdə saxlamaq lazımdır.

Beləliklə, aydın olur ki, bağa qulluq eləmək xeyli vaxt və qüvvə tələb edən olduqca ağır işdir. Bu səbəbdən də ən yaxşısı, mütəxəssisə müraciət etmək, ya da ayrıca bağban tutmaqdır.