Abadlıq

İstənilən ərazinin, sahənin mənimsənilməsi onun abadlaşdırılmasından başlayır. Bu zaman abadlaşdırmanın köşklər, su tutarları, yollar, pilləkənlər kimi elementləri sahənin bitkilərlə yaşıllaşdırılmasından heç də az əhəmiyyət daşımır.

Abadlaşdırmanın əksər elementləri ətrafında sahənin bütün tərtibatının inkişaf edəcəyi hər hansı kompozisiyanın əsas elementinə çevrilə bilər.

Abadlaşdırmada sahənin süni işıqlandırılması da az əhəmiyyət daşımır. İşıqlandırma və onun rəng qamması landşaft dizaynının istənilən istiqamətində olduqca mühüm element sayılır. Abadlaşdırma  zamanı yaradılmış düzgün işıqlandırmanın köməyi ilə bitki aləminin, memarlıq tikililərinin gözəlliyini və əzəmətini daha yaxşı nəzərə çatdırmaq olar.