Bakı parklarında yaşıllıq və təmizlik

Paytaxtın mərkəzində və ətraf kəndlərdə 54 parkda yaşıllığa, təmizliyə nəzarət “Bakı Abadlıq Xidməti” tərəfindən həyata keçirilir. Parklarda iş hər səhər saat 8-dən başlayaraq gecə 11-ə qədər iki növbə üzrə davam edir. Yaşıllığın qorunması, qazon örtüyünə, müəyyən dizayn tərtibatı üzrə yerli və xaricdən gətirilmiş nadir bitkilərə professional qulluq, müasir texnologiyaların tətbiqi ilə suvarma, təmizlik və xırda tikinti işlərinin gerçəkləşməsinə 500-dən artıq əməkdaş cavabdehdir. Yəni parklara qulluq bütün gün boyu davamlı, fasiləsiz prosesdir.