Laçın Şəhəri Günü - ANONS

23 August, 2024 12:08

Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Laçın Şəhəri Günü” kimi qeyd edilir.

 

Bu il də gün ərzində davam edəcək bayram Bayraq Meydanından yürüşlə başlanacaq. "LaCinema" kinoteatrının qarşısında "Laçınım mənim", foyedə isə "Zamanın qanadlarında. Laçın" adlı sərgilərin açılışı olacaq.

 

Kinoteatrda film nümayişi, Seyrəngahda isə uşaqlar üçün tamaşalar, müsabiqələr, master-klaslar, "Qoç daş" adlı interaktiv sərgidə isə rəssamlar Laçının qədim simvollarından sayılan qoç heykəllərə bədii tərtibat verəcəklər.

 

Həkəri bulvarında "Can Laçın" yarmarkasını el sənətkarlarının şən ifaları daha da canlandıracaq, şeir məclisi, meydan tamaşası, yeni xalça kəsimi bayrama xüsusi rəng qatacaq. Kitab sərgisi, maraqlı oyunlar uşaqları darıxmağa qoymayacaq. "Gilabi Ceramics Laçın" butikinin açılışı şəhər günü baş tutacaq.

 

Bayramın əsas hadisəsi böyük qala konsertdə Azərbaycanın məşhur sənətkarları iştirak edəcək. Və nəhayət atəşfəşanlıq Laçının axşam səmasını əlvan rənglərə boyayacaq. Laçının bayramı bütün Azərbaycanın sevincidir.

 

VİDEO

ƏN ÇOX OXUNANLAR