Bağ evinin darvazalarının arxasında bizi ilk olaraq qarşılayan bağ cığırları olur. Gəlin dizaynerləri unudaq və cığırları özümüz öz əllərimizlə hazırlamağa çalışaq. Bunun üçün isə yalnız istək və əlçatan, bahalı olmayan tikinti materialları lazım olacaq.
Evə doğru aparan cığırdan külafirəngiyə, bostana və ya qaraja tərəf yollar ayrılır. möhkəm və səliqəli yolla getmək, əsasən də yağışdan islanmış ot və ya gilli torpaqla yeriməkdən daha xoşdur. Çoxları bağ aldıqdan sonra gec-tez onu qaydaya salmağa məcbur olur. ən çox da cığırların düzəldilməsi lazım gəlir. Hazırda bu məsələnin həllinin müxtəlif üsulları mövcuddur. assortiment seçimi olduqca böyükdür. Bu həm müxtəlif beton, asfalt plitələr, həm kərpic qırıqları, həm keramzit kimi materiallardır. Hər şey materialın qiymətindən asılıdır.
Tökmə əsaslı yollar
Çox asan əmələ gəlir. 100 mm dərinliyində xəndək qazıb, dibinə və kənarlarına geotekstil sərmək (1 m2 -ə 150 q olmaqla), yanlarını bordyur lenti ilə bərkitmək lazımdır. qalır hazır bünövrəni çınqıl, xırda daşlar, mərmər qırıqları ilə doldurmaq. əgər bu cür variant çox sadə görünürsə, əlavə olaraq üstündən daş və ya beton plitələri qarışıq və ya qayda ilə düzmək olar. Rahatlıq üçün plitələri çınqılda batırmaq lazımdır ki, onlar səthdən kənara çıxmasınlar.
Taxta hissələrindən və dirəklərdən istifadə etməklə
Büdcəyə uyğun gələn və bağ sahiblərinin ən sevimli variantı – ağacdan düzəldilmiş cığırlardır. ən geniş yayılmış iki variant var – 1) dirəklərdən 2) odundan. əgər iqlim qurudursa, tikinti materialları satılan istənilən supermarketdə olan taxta dirəkləri və ya enli taxtaları ala bilərsiniz. ağacların bərk növlərini seçin. uzunluğu 100 sm, eni 30 sm, qalınlığı 15-20 sm olan eyni ölçüdə taxtalar kəsilir və əvvəlcədən hazırlanmış quma və ya çınqıla döşənir.
Hər bir taxta parçasını mazutla və ya xüsusi dərmanla emal etmək lazımdır ki çürümənin qarşısı alınsın. Bu məqsədlə torpağa toxunan tərəfə maye asfalt da sürtmək olar. Bu cür döşəməni payız aylarında etmək məsləhətdir, çünki qışda torpaqda baş verən çökmələr taxta parçalarını təbii düzlənməyə gətirib çıxarır