Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Dayaq divarları: baxımlı və praktik

Alçaq dayaq divarları terras və bağ arasındakı hündürlüyü tənzimləyir. Düzümün üstünü tamamlayan daş plitələr isə kərpicləri rütubətdən qoruyur.

Dayaq divarları bağın ən əhəmiyyətli memarlıq və planlaşdırma elementlərindən biridir. Onun əsas vəzifəsi yamacları gücləndirmək və torpaq sürüşməsinin qarşısını almaqdır. Əslində, bu çoxfunksiyalı obyektin gördüyü işlər daha əhatəlidir.

  • Məsələn, onu gül-çiçəyi müəyyən çərçivəyə salmaq və abadlıq üçün də istifadə etmək olar.
  • Sarmaşıq bitkiləri ilə əhatələnən alçaq daş plitələrdən görkəmsiz tikililərigizlətmək üçün də yararlanmaq olar.
  • Əgər bitkidən olan hasarı tez-tez qayçılamaq və formaya salmaqda çətinlik çəkirsinizsə, onu dekorativ divarlarla əvəzləyə bilərsiniz.
  • Kiçik bağlarda Dayaq divarı daş döşəmə ilə əvəz edilə bilər. Çünki daşlar arasındakı boş və ya qırılmış yerlərdən çıxan bitkilər özünüzü əla hiss etmənizə səbəb olacaq.
  • Bundan əlavə, Dayaq divarının bir hissəsi çardaqla da əvəzlənə bilər.

Divarlar kərpic, müxtəlif daş və ya betondan hazırlana bilər. Amma material və konstruksiya ev və bağın dizaynına uyğun seçilməlidir. 

Hörgünün ümumi qaydaları

Tikilinin davamlı olması və yükün bərabər paylanması üçün adi düzbucaqlı kərpiclər, daşlar xüsusi ustalıqla yonulmalı və tikilməlidir. Divarlar sementsiz də tikilə bilər. Belə olan halda kərpic aralarında müxtəlif bitki toxumları qalır. Adi üsulla tikilən divarlar üçün sementə elə rəng seçmək lazımdır ki, daşlarla uyğun olsun. Vacib: Plitələrdən və ya müxtəlif süxurlardan istifadə etməklə divarın üst tərəfi rütubət və mexaniki təsirlərdən qorunmalıdır.

Daş növündən asılı olaraq divarlar boz (qranit, qrauvakka, qneys), sarı, qırmızı (qum daşı, porfir) və ya qara(şist, bazalt) rəngdə ola bilər. Hörgü zamanı daşları elə düzmək lazımdır ki, onların arasındakı boşluğun uc-uca gəlməsi üçdən artıq olmasın, vertikal bənd arası boşluqlar isə iki cərgəni keçməsin. Daşlar arasındakı boşluğun böyük olmaması, ən iri daşların isə qıraqlara yerləşdirilməsi ən vacib detallardandır. Divar hörmək elə də asan deyil, ona görə də bu işdə təcrübəniz yoxdursa, mütəxəssis köməyindən istifadə edin.