Əmircanda İlaxır çərşənbə

Əsas missiyası Bakı kəndlərini abadlaşdırmaqdan ibarət olan “Bakı Abadlıq Xidməti” baharın gəlişini xüsusi coşquyla qeyd edib. Xidmətin əməkdaşları axır çərşənbədə Əmircanda bayram təşkil ediblər. Şənlik hazırlığından xəbər tutan kənd camaatı axın-axın meydana toplaşıb. El adətiylə tonqal qalayıb, üstündən atlanıblar. Səsli-küylü davulçular, milli geyimli gənclər, yumurta döyüşdürən uşaqlar, şən musiqi xonçalı Novruzun axır çərşənbəsinə xüsusi rəng qatıb. Gənclər birlik olub yallı gediblər. Tədbirə qatılanlar mehribanlıqla bayramlaşıb arzu-niyyətlərini dilə gətiriblər. Neçə-neçə gözəl bayramlara!