Prezident Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib

04 June, 2024 13:06

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində olublar. Bakı Abadlıq Xidməti tərəfindən görülən abadlıq və yenidənqurma işləri ilə yaxından tanış olublar, Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Dövlətimizin başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib.

 

Sonra cənab prezident və ailə üzvləri Xocalıda Bakı Abadlıq Xidməti tərəfindən yaradılan Sənətkarlar məhəlləsinə gələrək burada yerləşən “AzeRobot Education” robototexnika tədris mərkəzi, “Nakhishli” tikiş evi, “Gilabi Ceramics” emalatxanası və “Sariban” peşə inkişaf mərkəzlərinin Xocalıdakı filialı ilə tanış olublar və onlara mərkəzlərin fəaliyyət istiqaməti haqqında ətraflı məlumat verilib.

 

Bir məqam da vurğulanıb ki, burada Qarabağın sosial-iqtisadi inkişafının təşviq edilməsi sahəsində də işlər görülür. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.

 

Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir. Belə ki, Xocalı şəhərində “Qarabağ bazarı” yaradılacaq. İşğaldan azad olmuş ərazilərimizdə fəaliyyət göstərən istehsal sahələrindən məhsullar gətirilərək həmin bazarda satışa çıxarılacaq və bu da regionun inkişafına öz töhfəsini verəcək.

 

                                                                                                                                                                                                                                                                                                                                                                                     Ətraflı

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR