Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Yanvarda vacibdir!

• Səhləbə lazım olan temperatur şəraitini yaratmaq: qışda yaydakından 3-4oC, gecə gündüzdəkindən 3-6oC aşağı.
• Müntəzəm olaraq sitrus bitkilərində çanaqlı yastıca cücülərinin olub-olmamasına nəzarət etmək lazımdır. Əgər varsa, sarımsaqlı və ya boymadərən otundan hazırlanmış məhlulla təmizlənməlidir.
• Çiçək açan meşənovruzunu müntəzəm olaraq sulamaq, torpağın nə qurumasına, nə də həddən artıq nəm olmasına yol verməmək.

• Bitkilərin olduğu bağlı, isidilən eyvanı müntəmadi olaraq havalandırmaq. Təmiz hava göbələk xəstəliklərinin riskini azaldır.

• "Yaşıl sakinləri" yalnız yumşaq, durulaşmış su ilə sulamaq lazımdır. Soyuq su ilə qətiyyən olmaz.

• Yalnız çiçəkləyən bitkiləri qidalandırmaq (əsasən də kalium-fosfatlı gübrələrlə) olar.