Xaricdən mebel almağa ehtiyac yoxdur!

Bakı Abadlıq Xidmətinin Laçında qurduğu “Aydınoğlu” fabriki istehsal gücü və məhsullarının keyfiyyəti ilə nəinki Qarabağ bölgəsini, bütün ölkəni mebellə təmin etməyə hazırdır.
Əsasən, yerli sakinlərin çalışdığı fabrikdə müasir texnologiyalarla yüksək standartlara uyğun mebellər düzəldilir və hər növ sifarişlər qəbul edilir.
Ev, ofis, restoran, hotellər üçün mebel dəstləri hazırlanır, həmçinin məkanların interyer dizaynı üzrə bütün dekorasiya işləri peşəkar ustalar tərəfindən həyata keçirilir.
Sifarişə uyğun olaraq istənilən tərz və üslubda, zövqlü və funksional mebellər hazırlanaraq təqdim edilir.