PORTFOLİO
Layihələr
"AF MALL" TM-nın qarşısındakı meydança
“AF mall” ticarət mərkəzinin qarşısındakı kiçik skver açıq havada dincəlmək üçün gözəl yerdir. Burada həmişə təmizlik və səliqə hökm sürür. Bülbül prospektində yerləşən bağda qonaqların rahatlığı üçün hər bir şərait var – çoxlu skamyalar, işıq dirəkləri və əlbəttə ki, yaşıllıq. Ərazisi 2400 m2 olan skverin 800 m2-ni qazon sahəsi əhatə edir. Ağaclar arasında Leylanda sərvi, kolluqlardan isə fotiniya və şümşad çoxluq təşkil edir.