PORTFOLİO
Layihələr

Badamdarda Heydər Əliyev parkı
Badamdar qəsəbəsində bir hektara yaxın ərazisi olan parkda qısa müddətdə bərpa və yenidənqurma işləri həyata keçirilib və burada müasir istirahət kompleksi yaradılıb. Parkda 7 min kvadratmetrə yaxın sahəyə daş döşənib, işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Bu istirahət kompleksində geniş yaşıllaşdırma işləri aparılıb, müxtəlif bəzək kolları əkilib, 4 min kvadratmetr əraziyə yaşıl ot örtüyü salınıb. Həyata keçirilən yenidənqurma işləri çərçivəsində parkın ətraf əraziləri abadlaşdırılıb, küçələrə yeni asfalt örtük döşənib.