PORTFOLİO
Layihələr

Dilarə Əliyeva, 225
Suraxanskaya küçəsi (indiki Dilarə Əliyeva küçəsi) əvvəlini Yuxarı Dağlıq küçəsindən götürür və demək olar ki, bütün şəhərdən keçərək Yarmaroçnaya (S.Vurğun) meydanında başa çatır. Balaxanskiy küçəsinə (indiki Füzuli küç.) paralel olan Suraxanskaya küçəsi əsas magistrallardan biri kimi meydana gəlmişdir, davamlılığı sayəsində burada yaşayış evləri inşa edilmiş və müvafiq olaraq insanların sıx məskunlaşdığı küçəyə çevrilmişdir. Lakin bu küçənin salınması prosesi 1870-ci illərin otkup sisteminin ləğv edilməsindən sonra “neft həyəcanı” dövründə xüsusilə güclənmişdir. Onun ilkin azmərtəbəli tikintisi malikanə üslublu zəngin yaşayış evlərinin inşası hesabına tədricən öz görünüşünü dəyişirdi. Bu evlərin arxitekturasında klassik üsullar və formalarda üslub istiqaməti izlənilir. Yaşayış tikilisi ilə küçənin predmet-fəza mühiti mülki və dini tikililər ilə fəal şəkildə zənginləşdirilir.