PORTFOLİO

Layihələr

Muzey Mərkəzinin ətrafı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. 1957-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında tikilib və 1961-ci ildə istismara verilib. Sahəsi 9 930 m2 olan Muzey Mərkəzinin ətrafına Bakı Abadlıq Xidmətinin işçiləri qulluq edir. Ağac və kolluqlardan burada şam ağacı, sidr, zeytun, gavalı, tuya, adi küknar, akasiya, maqnoliya, fotiniya, həmişəyaşıl sərv, birgöz, ardıc və s. bitkilər bitir.