PORTFOLİO
Layihələr

Niyazi parkı
Dövlət İdarəçilik Akademiyasının qarşısındakı park paytaxtın ən yaşıl və sıx bitki örtüyünə malik parklarından biridir. Yenidənqurma işlərindən sonra yeni əkilən bitkilər, stalaktit və stalaqmit üslubunda fiqurlarla bəzədilmiş fəvvarə, bəzəkli zərif skamyalar sayəsində park daha da gözəlləşdi. Bura sakitliyi və rahatlığı ilə seçilən məkanlardan biridir.