PORTFOLİO

Layihələr

Qafur Məmmədov adına park

Bayıl qəsəbəsində Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkın açılışı 9 may 2011-ci ildə təmir və bərpa işlərindən sonra olub. Xüsusi tərtibatı ilə diqqəti cəlb edən parkda müasir fəvvarə quraşdırılıb. Parkdakı yaşıllıq zolaqları təzələnib, çoxlu sayda bəzək və gül kolları əkilib. Parkın işıqlandırma sistemi də tamamilə dəyişdirilib. Əhalinin istirahəti üçün burada bütün lazımi şərait yaradılıb. Hazırda 150 illik tarixə malik bu mənzərəli park Bakının ən gözəl parklarından hesab edilir.