PORTFOLİO

Layihələr

Qara Qarayev parkı

2014-cü ildə Bakının 28 May küçəsində Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsi açılmışdır. Hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi Xalq rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılmışdır.