PORTFOLİO

Layihələr

Zabitlər parkı

2009-cu ildə Zabitlər prarkında yenidənqurma işləri həyata keçirilib. Bağdakı çoxillik ağacları saxlamaq şərtilə burada əlavə yaşıllaşdırma işləri görülüb. Yeni işıqlandırma sistemi quraşdırılıb, sakinlərin istirahəti üçün müxtəlif guşələr yaradılıb. Yerli mütəxəssislər tərəfindən yeni daş fontan tikilib. Zabitlər parkında əsasən, çoxillik ağaclar – sərv, yapon soforası, Eldar şamı, zeytun, qovaq, yapon əzgili bitir. Azaliya, pelarqoniya, bənövşə parkdakı yaşıllığa rəng qatır. Meyvə ağaclarından İtaliyadan gətirilən albalı, heyva və tut ağacı bitir.