COP29
COP29
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyası ərəfəsində şəhərdə işıqlandırma və yaşıllaşdırma ilə bağlı yeni layihələr həyata keçirilib. Sözügedən tədbirə dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar da paytaxtın mərkəzi küçələrini parlaq, işıqlı və gül-çiçəkli görürlər.
Bakının yaşıllaşdırma prosesində Bakı Abadlıq Xidmətinə həvalə edilmiş layihələri "Green Garden" şirkətinin peşəkar heyəti həyata keçirdi. Hava limanından şəhərə aparan yollarda - Zığda, Bilgəh-Pirşağı şossesində, Dövlət Bayrağı Meydanında və digər ərazilərdə həm yerli, həm də xaricdən gətirilən yüzlərlə ağac, yüz minlərlə bitki əkildi, nəticədə böyük ərazilər yaşıl örtüyə büründü.
COP 29 sessiyasından sonra davam etdirilməsi nəzərdə tutulan bu layihələrə cəlb edilməsi Bakı Abadlıq Xidməti üçün qürurvericidir.