MALIBƏYLİ LAYİHƏSİ - YENİLƏNİR
MALIBƏYLİ LAYİHƏSİ - YENİLƏNİR
“Böyük Qayıdış” Dövlət Proqramı üzrə, doğma yurda növbəti köçün ünvanı – qədim tarixə malik Malıbəyli kəndidir.
Erməni işğalı illərində tamamilə dağıdılan, viran qalmış bu kəndin yeni görüntülərində nəhəng quruculuq prosesi əsk olunub. Bu ərazidə bərpa və yenidənqurma işlərini həyata keçirən “Bakı Abadlıq Xidməti” MMC-nin Malibəyli layihəsi üzrə rəhbəri, memar Çağlar Nuyanın məlumatına görə, ilkin mərhələdə doğma torpağına qayıdacaq sakinləri qarşılamaq üçün bütün işlər – yeraltı kommunikasiya (qaz, su, işıq, rabitə) xəttlərinin çəkilişi tamamlanmaq üzrədir, ilk köçəcək sakinlərin fərdi ev birləşmələri hazırdır. Yararsız binalar sökülərək, eyni yerdə yeni evlər tikilir, iaşə obyektlərinin inşası başa çatmaqdadır, gözəl parklar, özəl dizayn verilmiş yaşıllıqlar salınır. Yeni çoxmərtəbəli mənzillər isə ailə üzvlərinin sayına görə, planlı şəkildə, 2, 3, 4 otaqlı olmaqla sahiblərinə təqdim ediləcək.
Çağlar Nuyanın sözlərinə görə, bu layihə üzərində çalışan memarların səyi ilə Malıbəyli kəndi Qarabağın ən gözəl və müasir kəndlərindən biri kimi tanınacaq. Hazırda işlər sürətlə davam edir, dövlət qurumları tərəfindən müəyyənləşmiş müddətlərə ciddi riayət olunur.
Malıbəyli kəndində layihə üzrə ilkin mərhələdə 282 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub. Bunlardan:
• 165-i qeyri-yaşayış binasıdır.
Hal-hazırda 127 evdə iş gedir.
• 19 ev yararsız olduğuna görə sökülüb yerində sıfırdan tikilir. 108 ev bərpa olunur.
• 83 ailə Malıbəylidə tezliklə məskunlaşacaq.
• Kommunikasiya işləri tamamlanmaq üzrədir. İlk köç üçün 50 fərdi evin birləşmələri hazırdır.
Çoxmərtəbəli yaşayış binaları:
• 14 bina, cəmi 33347m2.
• Binalarda;
2 otaqlı 40 mənzil,
3 otaqlı 118 mənzil,
4 otaqlı 78 mənzil,
Cəmi 236 mənzil və 746 otaq vardır.
Mənzillər ailə üzvlərinin sayına görə, 2,3,4 otaqlı olmaqla sakinlərə təqdim ediləcək.