TURŞSU LAYİHƏSİ - YENİLƏNİR
TURŞSU LAYİHƏSİ - YENİLƏNİR
Şuşa rayon inzibati ərazi dairəsinə daxil olan Turşsu qəsəbəsi Kiçik Qafqazın Qarabağ silsiləsində, Kiçik Kirs dağı yaxınlığında, Sağsağan dağının ətəyində, Şuşa-Laçın yolunun 17-ci kilometrliyində, dəniz səviyyəsindən 1938 metr yüksəklikdə yerləşir. Prezident İlham Əliyevin may ayının 10-da təməlini qoyduğu Turşsu qəsəbəsində yenidənqurma işləri sürətlə davam edir. Qəsəbə sakinləri 353 ailə olmaqla 1403 nəfərdən ibarətdir. Qəsəbə ərazisində 353 evin tikintisi nəzərdə tutulub. İlkin mərhələ olaraq oktyabr ayının sonuna 50 evin təhvil verilməsi, o cümlədən müvafiq dövlət orqanları tərəfindən cari ilin noyabr ayında 50 ailə olmaqla 202 nəfər sakinin köçürülməsi planlaşdırılır. Qəsəbə ərazisində inşa ediləcək evlər ailə təkibinə uyğun olaraq 2, 3, 4 və 5 otaqlı evlərdən ibarətdir. Noyabr ayında köç edəcək ailələrin ailə tərkibləri məlum olduğu üçün ilkin mərhələdə 3 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 12 ədəd 4 otaqlı, 6 ədəd 5 otaqlı evlərin tikintisinə start verilib. Fərdi yaşayış evlərinin tikintisi ilə yanaşı çoxmənzilli ümumi yaşayış evləri, inzibati binalar, o cümlədən 352 şagirdlik məktəb binası və 100 yerlik uşaq bağçasınında tikintisi nəzərdə tutulub. Ümumilikdə qəsəbənin coğrafi yerləşimi turizm sektorunun inkişaf etdirilməsi üçün əlverişlidir. Bu məqsədlə konsept layihədə yaşayış kompleksləri ilə yanaşı otel, istirahət mərkəzləri və digər obyektlərin tikintisidə öz əksini tapıb.