XOCALI LAYİHƏSİ - YENİLƏNİR

XOCALI LAYİHƏSİ - YENİLƏNİR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalıda ilk sakinlərə yeni mənzillərin açarlarını təqdim etdiyi gündən (28.05.24) indiyə qədər Xocalıya 40-dan artıq ailə köç edib. Cəmi 7 ay ərzində bütün infrastrukturu yenilənərək yenidən qurulmuş müasir qəsəbənin hər gün yenilənən mənzərəsini sizə təqdim edirik.

Xocalı şəhəri 1-ci mərhələ 167 ha və 18 ha ərazi olmaq üzrə 2 hissədən ibarətdir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin verdiyi icazəyə əsasən 167 ha ərazidə 140 fərdi yaşayış evi, 48 kotec tipli ev və 9 binadan ibarət 110 mənzildə tikinti, təmir-bərpa və abadlıq işləri aparılır.

Bütün kommunikasiya xəttləri (qaz, su, işıq, rabitə) yeraltına salınıb. İlk 50 ev birləşmələri tamamlanmışdır. Ümumi şəhər üzrə kommunikasiya işlərinin 90% icra edilib.

18 ha ərazidə yerləşən 92 ədəd FİN evində tikinti, təmir-bərpa və abadlıq işləri aparılır.

Bunlardan əlavə;

* Xocalı şəhərinin giriş hissəsində yerləşən çay kənarında bulvar ərazisinin salınması işləri davam edir.

* Bulvar ilə üzbəüz isə çarşı-bazar yeri qurulur.

* Xocalı şəhərinin giriş hissəsində iaşə obyektləri (Market, çörək sexi, aptek, coffeeshop və s.) tikilir.

* Təhsil Nazirliyi tərəfindən Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası tikilib.

* Məktəbin qarşısında Xocalı sakinləri üçün parkın salınması işləri davam edir.

* Parkın yanında Sənətkarlar məhəlləsi (Taxta sexi, dulusçuluq, tikiş sexi, Peşə inkişaf mərkəzi, Gilabi ceramics, metal misgərliq və s.) salınıb.

* Xocalı sakinləri üçün İdman kompleksində tamamlanma işləri aparılır (Şahmat, Cudo, Güləş, Gimnastika, Stolüstü tennis, Basketbol, Mini-Futbol, Fitnes, Badminton)

Bütün adı çəkilən infrastruktur işlərinin yaxın günlərdə tamamlanması nəzərdə tutulub.