Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

İncəsənət muzeyinin parkı

Niyazı küçəsində yerləşən park köhnə anbarların ərazisində salınıb. Kəskin relyefinə görə ərazinin terraslanma yolu ilə istifadə edilməsi məqsədəuyğun oldu. Müəyyən pafosdan məhrum olmayan ciddi klassik bir plan kiçik məkanı gözəl şəkildə təşkil edir. Yaxşı işlənmiş memarlıq detalları güclü bədii təsvir və yaddaqalan təəssürat yaradır. Düzgün və planlaşdırma kompozisiyasının xüsusiyyətlərini nəzərə alaraq yerləşdirilmiş həmişəyaşıl pittosporum, ipək akasiya, yapon və çin liqustrumu çox dekorativ görünür. Buradakı gül ləkləri, böyük daş plitələrlə bəzədilmiş terraslı pilləkənlər parka xüsusi bir gözəllik verir.

 

 

 

 

Parkın sahəsi:

8 750 m²

Qazon sahəsi:

900 m²

Ağacların sayı:

22

Kolluqların sayı:

298

Gül dibçəklərinin sayı:

4

Skamyaların sayı:

27

Zibil qablarının sayı:

27

İşıq dirəklərinin sayı:

40

Fəvvarələrin sayı:

3