Müasir Bakının rəmzlərindən biri məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi hesab olunur. Kompleksə mərkəzin binasından əlavə 13,58 ha park daxildir. Onun 7,5 hektarı qazon sahəsidir. Heydər Əliyev Mərkəzinin ətrafındakı gözoxşayan ərazidə 200-dən çox ağac və 7000 kol əkilib, landşafta mükəmməl uyğunlaşan 2 dekorativ hovuz və süni göl var. Heydər Əliyev Mərkəzinin parkı şəhərin istirahət və əyləncə üçün ən gözəl yerlərindən biri hesab olunur. Burada hər kəs dincələ, gəzintiyə çıxa, açıq havada nümayiş olunan müxtəlif sərgilərə baxa və əlbəttə ki, ən gözəl anlarını foto və videolarda əbədiləşdirə bilər. Uşaqlar ən çox parkdakı art-installyasiyalar – ilbizlər, dovşanlar və s. ilə şəkil çəkdirməyi xoşlayırlar. Həmçinin, maraqlı şəkillər və turistlərə şəhərdən xatirə qalması üçün “I Love Baku” incəsənət kompozisiyası ilə də şəkil çəkdirmək olar.
Parkın sahəsi:
130 000 m²
Qazonun sahəsi:
75 000 m²
Ağacların sayı:
221
Kolluqların sayı:
7 047
Fəvvarələrin sayı:
2
Süni göllərin sayı:
1