Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

İslam Səfərli, 17

Restavrasiyadan əvvəl

Məlikovun ikimərtəbəli yaşayış evi, forştadtın tarixi məhəllələrinin memarlıq-planlaşdırma həllinin mühüm elementidir. Bu evdə tikilinin estetik keyfiyyəti üçün böyük əhəmiyyət kəsb edən yeni tikinti materialı olan qırmızı tökmə kərpiclə order sisteminin zəngin plastikasından uğurla istifadə edilmişdir. Əsas fasad rizalit sistemli daş formanın arxitektur kütlələrin ifadəsinin inkişaf etmiş impulsunu verən xüsusi kompozisiya üsulları ilə fərqlənir. Bina klassik formaların həcmi cəhətdən plastik tarazlığı vasitəsilə ətraf mühitlə məkan əlaqəsi yaradır. Fasadın daşdan yonulmuş arxitektur elementlərin relyefliliyi vasitəsilə nail olunmuş fiqurlu forması mükəmməl həll edilərək XX əsrin əvvəllərində memarlığın mürəkkəb inkişaf prosesi şəraitində binanın bədii mahiyyətinin palitrasını açır.

Fasadın sahəsi:

1 300 m²

Eyvanların sayı:

5

Fasadın boyanması:

580 m²

Fasadın cilalanması:

180 m²

Restavrasiya olunmuş qədim qapıların sayı:

1

Restavrasiyadan sonra