Yaşayış evi (1890-cı illər) tarixi mərkəzin bədii simasını müəyyən etmiş şəhər magistralının əsas tikililərinin tərkibinə daxildir. Şəhərin bu sahəsinin şəhərsalma sistemində künc mövqeyi tutmaqla ev, üslub cəhətdən ətrafın məzmun-məkan mühitinə daxil olmuşdur. Order sisteminin klassik formalarında inşa edilmiş olduğu halda o, XX əsrin əvvəlinin tikilmə ritmini və miqyasını son dərəcə yaxşı əks etdirir. Frontonlarla (bina fasadının iki maili damı ilə məhdudlaşdırılmış üçbucaq və ya pərgar şəklində yuxarı hissəsi) birgə xüsusi olaraq nəzərə çarpdırılmış yan rizalitləri və mərkəz boyu irəli çıxardılmış daş eyvanlar Bakının memarlıq və iqlim xüsusiyyətlərinə cavab verir. Fasadların zəngin plastikası, detalların elementlərinin aydın çəkilməsinə xüsusi diqqət, əhəngdaşından yerinə yetirilmiş naxışlı qabarıq oyma yaşayış evini şəhərin bədii irsində memarlıq abidəsi kimi əhəmiyyətli edir.
Fasadın sahəsi:
500 m²
Eyvanların sayı:
7