Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

İstiqlaliyyət, 41

Restavrasiyadan əvvəl

Yaşayış evi 1912-ci ildə mülki mühəndis İ. Ploşkonun layihəsi üzrə inşa edilib, yüksək memarlıq və bədii keyfiyyətlərə malik, şəhərin tarixi məhəllələrinin fəal tikililərindəndir. Bina, iki zəif olaraq irəli çıxan rizalitlərlə birgə order sisteminin klassik üsulları əsasında həll edilmişdir. Fasadların memarlıq kompozisiyasının əsas elementi, iki yuxarı mərtəbəni birləşdirən Korinf orderinin pilyastrlarıdır. Fasadların nəcib təvazökar plastikası, detalların incə çəkilməsi səciyyəvidir. Zəngin yapma ilə yarımdairə şəkilli pəncərələrin qıfıl daşlarının dekorativ maskaları, birinci mərtəbənin qabarıq hörgüsü fonunda gerblərin təsviri, evin sahibinin mötəbərliliyini və hansı sosial təbəqəyə aid olduğunu aşkar edirdi. Əsas fasad boyu sürahi bəndlə birgə uzadılmış eyvanlar, üfüqiliyi xüsusi olaraq nəzərə çarpdıran əlavə memarlıq mövzusu olmaqla, kompozisiya quruluşunun vahidliyini təşkil edərək pilyastrların şaqulləri və İoniya yarımsütunları ilə həmahəng şəkildə uyğunlaşırlar. Yaşayış evi, tikilmənin üslub əsasını pozmamaqla ətrafdakı binalarla bir ahənglə işləyir, belə ki, o təqribən bütövlüklə order sisteminin klassik üsullarında yaradılmışdır. Bina tanınmış Bakı memarı – mülki mühəndis İ. Ploşkonun yaradıcılığına aiddir və şəhərin XX əsrin əvvəlinin memarlıq abidəsidir.

Fasadın sahəsi:

398 m²

Eyvanların sayı:

12

 

Restavrasiyadan sonra