Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Milli Konservatoriyanın yanındakı park

Yasamal rayonunda Azərbaycan Milli Konservatoriyasının inzibati-tədris kompleksinin yaxınlığındakı park 4 iyun 2015-ci ildə salınıb. Parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, dekorativ bəzək və gül kolları əkilib, oturacaqlar qoyulub, müasir fəvvarə quraşdırılıb. Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin yaxınlığında yerləşən bu müasir istirahət məkanının özəlliyini artıran məqamlardan biri də odur ki, burada klassik musiqilər səsləndirilir. Bu da parka gələnlər üçün əlavə mənəvi istirahət imkanı yaradır. Bir sözlə, yeni parkda sakinlərin istirahətini mənalı təşkil etmək üçün bütün zəruri işlər görülüb. Müasir üslubda, orijinal dizaynda yaradılan bu park ilə Bakının gəzməli yerlərinə daha bir ünvan əlavə edilib. Beləliklə, park ölkəmizə gələn qonaqlara paytaxtımızın daha bir istirahət mərkəzinin gözəlliyini nümayiş etdirir.

Parkın sahəsi:

6 280 m²

Qazon sahəsi:

1 500 m²

Ağacların sayı:

103

Gül dibçəklərinin sayı:

9

Fəvvarələrin sayı:

1

Skamyaların sayı:

12

Zibil qablarının sayı:

5

İşıq dirəklərinin sayı:

37