Bakı Olimpiya Stadionunun ətrafında yaşıllaşdırma işləri həyata keçirmişik. Burada çoxillik bitkilər: ağaclar, kollar əkilib, eləcə də çəmənliklər yaradılıb. Bitkilər üçün drenaj və damcı üsulu ilə suvarma həyata keçirən sistem quraşdırılıb. Həmçinin əraziyə xeyli münbit torpaq və digər komponentlər gətirilib.