Paytaxtımızda bir çox gözəl küçələr var ki, orda gəzərkən şəhərin zəngin tarixə malik olduğunu başa düşürsən. Bu küçələrdən biri də Parlament prospektidir. Bu çox da uzun olmayan prospektdə bir neçə əhəmiyyətli binalar var. Bu prospekt vaxtilə Əzizbəyovun heykəli olan parkdan başlayır. 2009-cu ildə parkdakı yenidənqurma işlərindən sonra abidə söküldü. İndi burada gözəl fəvvarə və sıx yaşıllıq olan skver yerləşir. Park daha rahat və gözoxşayan oldu.
Parkın sahəsi:
4 600 m²
Qazon sahəsi:
2 200 m²
Ağacların sayı:
173
Kolluqların sayı:
2 276
Skamyaların sayı:
17
Zibil qablarının sayı:
10
İşıq dirəklərinin sayı:
54
Fəvvarələrin sayı:
2