Üç küçənin – Lermontov, Mehdi Hüseyn və Niyazi küçələrinin arasında yerləşən bu parkı çoxları Nazirlər Kabinetinin qarşısındakı park kimi tanıyır. Buranın əsas özəlliyi isə parkın mərkəzi pilləkənlərindən açılan şəlalənin görüntüsüdür. Təsadüfi deyil ki, hazırda bura məhz “Şəlalələr” parkı adlanır. Şəhərin mərkəzində dağ rayonlarının ab-havasını yaradan bu şəlalə parkda dincələnlərin zövqünü oxşayır. Fotinia, maqnoliya, sidr ağacı, yuniperus, rozmarin, viburnum, tuya, taksus, buksus, liqustrum, taksodium, xan çinarı, pixta, barbaris, oleandr, akasiya, yapon əzgili, qırmızı tubulqa və s. bitkilər isə 2009-cu ildəki rekonstruksiya zamanı əkilib. Parkda bar verən ağaclara da rast gəlmək olar: alça, ərik, iydə ağacı və s. 5-ə yaxın qoca tut ağacı var və hamısı da hər il bar verir.
Parkın sahəsi:
26 261 m²
Qazon sahəsi:
14 000 m²
Ağacların sayı:
413
Kolluqların sayı:
9 618
Skamyaların sayı:
135
Zibil qablarının sayı:
53
İşıq dirəklərinin sayı:
179
Fəvvarələrin sayı:
4