Park salınarkən su anbarlarının təhlükəsizliyi üçün əvvəlcədən bütün texniki tədbirlər görülüb. “Bakı Abadlıq Xidməti” parkın inşasına 2014-cü ilin əvvəllərində başlayıb və bir ildən az müddətə başa çatdırıb. Xüsusi dizayn əsasında layihələndirilən parkda geniş yaşıllıq salınıb, abadlıq-quruculuq işləri həyata keçirilib. Burada iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb, çoxillik ağaclar, gül və bəzək kolları əkilib.