Aeroport yolu

15 April, 2025 17:04

Bakı Olimpiya Stadionundan Bilgəh qəsəbəsinə aparan yolun təxminən 70 kilometrlik yaşıllıq zolağında “Bakı Abadlıq Xidməti” tərəfindən 15 il ərzində milyonlarla bitki, kol, ağac və ot örtüyü əkilib. İlk illərdə bitkilər Türkiyə, İtaliya və digər Avropa ölkələrindən gətirilsə də, bu gün artıq yerli şəraitdə yetişdirilir.


İqlim və mövsüm dəyişiklikləri nəzərə alınaraq, bitkilər il ərzində mütəmadi olaraq yenilənir. Yaşıllığın qorunması və baxımı üçün “Bakı Abadlıq Xidməti”nin 300-ə yaxın əməkdaşı ərazidə fasiləsiz çalışır. Onların gündəlik zəhməti nəticəsində bu yol göz oxşamaqla bərabər, həm də rahatlıq, təmizlik və zövq örnəyinə çevrilib.


Layihənin uğuru artıq sərhədləri aşır. Hazırda Pakistanın İslamabad şəhərindəki Srinaqar şossesinin yaşıllaşdırma və abadlıq işləri də “Bakı Abadlıq Xidməti” tərəfindən həyata keçirilir. Bu, Azərbaycanın abadlıq sahəsindəki təcrübəsinin və peşəkarlığının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

 

VİDEO

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR