İrpen meri Laçında
01 October, 2024 15:10
Ukraynanın İrpen şəhərinin meri Oleksandr Markuşin, Ukraynanın Azərbaycan Respublikasında səfirinin birinci katibi Andrey Onişenko Laçın şəhərində olublar. Səfər çərçivəsində Laçın şəhəri ilə Ukrayna Respublikasının İrpen şəhərlərinin qardaşlaşma memorandumu imzalanıb.
Ukrayna nümayəndə heyəti həmçinin Laçında Bakı Abadlıq Xidməti tərəfindən yaradılan “Hoçazfilm” çəkiliş meydançası, “Gilabi Ceramics” yaradıcılıq mərkəzi, "LaCinema” Kino Mərkəzi və "Simurq" kitabxanası ilə tanış olublar.