Puşkin parkında mövsümi abadlıq

Bakının sevilən istirahət guşələrindən biri olan Puşkin parkında mövsümi abadlıq və təmizlik işləri görülür. “Bakı Abadlıq Xidməti”nin əməkdaşları gün ərzində park ərazisində yaşıllıqların qorunması və abadlaşdırılması istiqamətində çalışırlar.
Parklara qulluq prosesində onlar bitkiləri mütəmadi olaraq budayır, gübrələyir, suvarır və alaq otlarından təmizləyirlər. Budamadan öncə ağac diqqətlə yoxlanılır, kəsilməsi vacib olan budaqlar müəyyən edilir.
Müxtəlif növ ağaclar fərqli böyümə sürətinə malik olduqları üçün budama işləri fərdi yanaşma tələb edir. Bəziləri tez, bəziləri isə daha yavaş böyüdüyü üçün hər bir ağaca xüsusi diqqət yetirilir.
“Bakı Abadlıq Xidməti”nin məqsədi paytaxtımızı daha yaşıl və abad bir şəhərə çevirməkdir.