Xətai parkı

Bu gün Xətai parkında geniş iş gedir. “Bakı Abadlıq Xidməti”nin əməkdaşları qocalmış, vaxtı ötmüş ağacları yeniləri ilə əvəz edirlər. Baxın, bu dekorativ leylandiya ağacıdır. Uzunömürlü olub, qocalırlar və görkəmlərini itirirlər.
Bakı küləklər şəhəridir. Vaxtı ötmüş və qocalmış ağaclar küləyə davam gətirmir, qol-budaqları qırılır. Bu isə çox təhlükəlidir. Biz vaxtaşırı görkəmi itmiş və qocalmış ağacları kəsirik və yerinə yenisini əkirik. Bu yeni ağaclar parka yeni nəfəs və təmiz hava gətirir.
Bizim şüarımız dəyişməzdir – bağa baxarsan, bağ olar. Bağlara baxacağıq ki, Bakını yaşıl şəhərə çevirə bilək.