Yenilənən tarixi binalar

Bakı şəhəri beynəlxalq miqyasda əhəmiyyətli tədbirlərdən biri olan COP29-a ev sahibliyi edərək, dünyanın diqqət mərkəzinə çevrildi. Bu tədbir çərçivəsində şəhərin abadlaşdırılması və estetik görünüşü ilə əlaqədar intensiv işlər həyata keçirildi. “Bakı Abadlıq Xidməti” tərəfindən də şəhərin mərkəzi küçələrində yerləşən memarlıq incilərinin bərpası ilə bağlı işlər aparıldı.
Bu abadlıq işləri memarlıq nümunələrinin və tarixi binaların görünüşündə müsbət dəyişikliklərə səbəb oldu.