PORTFOLİO

Layihələr

Səməd Vurğun, 40

Yaşayış evi şəhərin tarixi mərkəzi sistemində künc sahəni əhatə edir. İtalyan intibah dövrünə məxsus formalarda olan mənzərəli fasad, Bakı memarlarının şəhər şəraitində bu klassik sistemə rəğbətini və bağlılığını çox gözəl əks etdirir. Xüsusi olaraq nəzərə çarpdırılan künc və fasad üzərində olan iri Korinf orderi ilə yan rizalitlər binanın kompozisiya strukturuna ahəngdarlı şəkildə daxil olublar. Pilyastrın şaquli təfsir edilməsi ilə daş kronşteynlərlə üfüqi şəkildə uzadılmış eyvanlar qarşılaşdırılır. Fasadların bütün səthi, mərtəbələrin sırasına mütənasib şəkildə yonulmamış daşla hörülmüşdür. Daşdan olan memarlıq detalları sanki yapılıblar, Bakı ustalarının icrasında onlar çox mükəmməldirlər. Bina - öz dövrünün memarlıq abidəsi və Bakı şəhər tarixi irsinin bir hissəsidir.