Gəncə qapıları
Novxanı kəndinin yeni mənzərəsi
Göygöl abadlaşır
“Əsrlərin şahidi Gəncə”
Azərbaycan inşaatında İsveçrə modeli -Kəlbəcərin yeni siması
Prezident Gəncədə
“PIRSHAGHI” brendinin Laçın filialı açıldı
Prezident "LATİFA" tikiş fabrikinin açılışında
Abadlaşan İslamabad
“Bakı Abadlıq Xidməti” İslamabadda layihələri uğurla davam etdirir
Dünyanın ən uca bayrağı
İslamabadın abadlaşdırılmasında Azərbaycan nümunəsi
FƏALİYYƏT
2007-ci ildən bəri paytaxtın və bəzi Bakıətrafı qəsəbələrin abadlaşdırılmasında fəal iştirak edən Bakı Abadlıq Xidməti 2021-ci ildən başlayaraq Dövlət başçısının tapşırığı ilə Qarabağın işğaldan azad olunmuş ərazilərində Böyük quruculuq prosesinə cəlb edilib. Laçın, Xocalı, Kəlbəcər şəhərlərində, Malıbəylidə, Xocavənd rayonunun Xocavənd kəndində, Umudluda, Kərkicahanda, Turşsu qəsəbəsində bərpa yenidənqurma işləri şirkətə həvalə olunub. Eləcə də III MDB Oyunlarının açılış mərasimi ərəfəsində qədim Gəncə şəhərində, Göygöl rayonunda, o cümlədən Göygöl şəhərində və Gəncədən Toğanalı yoluna qədər uzanan yol ətrafındakı kəndlərdə geniş bərpa yenidənqurma işləri Bakı Abadlıq Xidməti tərəfindən həyata keçirilib. Şirkətin daxil olduğu bütün məkanlarda tarixi abidələrin bərpasına xüsusi diqqət yetirilir. Yerli sakinlərlə əməkdaşlıq çərçivəsində mövcud problemlərin çözülməsi üçün layihələr hazırlanır. Məşğulluq probleminin aradan qaldırılmasına mümkün qədər tövhə vermək məqsədilə ödənişsiz kurslar təşkil edilir. Bununla yanaşı, Bakı Abadlıq Xidməti istər Qarabağda, istərsə də Bakı kəndlərində asudə vaxtın səmərəli təşkili, gənc nəslin sağlam inkişafı üçün bir sıra sosial layihələr gerçəkləşdirir. Mədəni tədbirlərin, yeniyetmələr arasında peşəkar futbol, dzüdo çempionatlarının keçirilməsinə dəstək olur. Bu gün Azərbaycanda milli brend kimi tanınan “Gilabi ceramics”, “Qasımuşağı”, “İslimi carpet” və s. markalar Bakı Abadlıq Xidmətinin yerli sənətkarlara yaratdığı imkanlar hesabına formalaşıb. Dövlət tərəfindən şirkətə etibar edilən işlərin əhatə dairəsi genişləndikcə abadlıq adına düşünülən yeni ideyaların da sayı artır. Bakı Abadlıq Xidmətinin saytındakı müxtəlif bölmələri fəaliyyətimizin izlənməsi və yeni təkliflərin verilməsi üçün münasib platforma kimi inkişaf etdirməyə çalışırıq.
LAYİHƏLƏR
ÜSTÜNLÜKLƏRİMİZ
-
Mötəbər şirkət
15 ildən çox müddət ərzində biz vicdanlı xidmət və keyfiyyətli işlərimizlə nüfuz qazanmışıq.
-
İxtisaslaşmış şirkət
Tarixi abidələrin və yaşayış məntəqələrinin abadlaşdırılması, bərpası, yaşıllaşdırılması, təmizlənməsi və s. xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmışıq.
-
Vaxta nəzarət
Hər bir layihə müəyyənləşmiş müddətə ciddi riayət olunaraq vaxtında təhvil verilir və büdcədən kənara çıxılmır.
-
Etibarlı xidmət
Biz layihələrimizlə tanınırıq. Həyata keçirdiyimiz işlərin keyfiyyətinə zəmanət veririk, çünki sizin üçün yalnız mütəxəssislər işləyirlər.














