COP29
COP29
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində yeni işıqlandırma və yaşıllaşdırma layihələri həyata keçirilmişdir. Tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrdən Bakıya gələn qonaqlar paytaxtın mərkəzi küçələrini işıqlı, bəzədilmiş və gül-çiçəklə zəngin vəziyyətdə görmüşlər.
Bakının yaşıllaşdırılması təşəbbüsü çərçivəsində “Bakı Abadlıq Xidməti”nə həvalə olunan layihələr “Green Garden” şirkətinin peşəkar komandası tərəfindən icra edilmişdir. Hava limanından şəhərə aparan yollar boyunca — Zığ istiqaməti, Bilgəh–Pirşağı şosesi, Dövlət Bayrağı Meydanı və digər ərazilərdə yüzlərlə yerli və idxal olunan ağac, eləcə də yüz minlərlə bitki əkilmiş, geniş sahələr yaşıllıqlarla əhatə olunmuşdur.
COP29 sessiyasından sonra da davam etdirilməsi nəzərdə tutulan bu layihələrdə iştirak etmək “Bakı Abadlıq Xidməti” üçün qürur mənbəyidir.






