MALIBƏYLİ LAYİHƏSİ
MALIBƏYLİ LAYİHƏSİ
“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində növbəti köçürmə məntəqəsi qədim Malıbəyli kəndidir.
Erməni işğalı illərində tamamilə dağıdılan bu kənddə hazırda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bakı İstismar Xidmətinin həyata keçirdiyi Malıbəyli layihəsinin ilkin mərhələsində sakinlərin rahat qayıtmasını təmin etmək məqsədilə bütün yeraltı kommunikasiyaların - qaz, su, işıq, kommunikasiya xətlərinin çəkilişi yekunlaşmaq üzrədir.
Layihə çərçivəsində:
282 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur; Onlardan 127-si üzrə işlər davam etdirilir, 19-u tamamilə sökülərək yenidən tikilir, 108-i isə bərpa olunur. Birinci mərhələdə 83 ailə Malıbəyliyə köçürüləcək. Hazırda 50 fərdi yaşayış evinin kommunal xətləri ilkin köçürülməyə hazırdır.
On dörd çoxmərtəbəli bina (ümumi sahəsi 33,347 m²) tikilir. Bu binalarda ümumilikdə 746 otaqdan ibarət 236 mənzil - 40 iki otaqlı, 118 üç otaqlı, 78 dörd otaqlı mənzillər olacaq. Mənzillər ailə tərkibinə uyğun olaraq ayrılacaq.
Yaşayış kompleksinin yerləşəcəyi 6 hektar ərazidə beşmərtəbəli binalarla yanaşı, idman meydançaları, istirahət guşələri, yaşıllıq zolaqları, avtodayanacaqlar, yardımçı binalar da tikilir.






