Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Bloq

Gül! Çiçəklən! Bakı!

Səliqəli, təmiz şəhər onun sakinlərinin üzüdür. Əhalinin sağlamlığına müsbət təsir göstərməklə yanaşı, həmçinin vətəndaşlar da özünü yaşıl və təmiz bir mühitdə daha xoşbəxt hiss edirlər. Evimizdə təmizliyə və səliqə-sahmana çox önəm veririk. Bəs niyə evdən kənarda ətraf mühitin təmizliyini qorumaq məsuliyyətini üzərimizə götürmürük? Məhz bu məqsədlə 2016-cı ildə 5 nəfər entuziast, təbiət sevənlər Gül! Çiçəklən! Bakı! layihəsini başlatdı. Onlar artıq 20-dən çox həyətyanı sahəni abadlaşdırıblar. 

"Biz daha gözəl və sağlam bir mühitə sahib olmağa çalışırıq. Sosial şəbəkələr vasitəsilə şəhərimizin səliqəsi, təmizliyi və rahatlığına laqeyd yanaşmayan paytaxt sakinlərinə müraciət edirik. Fəaliyyət zamanıdır! Şəhərimizin təmizliyi öz əlimizdədir", - deyə təşkilatın nümayəndələri bildirirlər. Onlar “Facebook”dakı Gül ciceklen BAKI qrupunda abadlaşdırmaq üçün növbəti ərazini seçməyi təklif edirlər.

Onların məqsədi aydındır – Bakını daha yaxşı, daha təmiz və daha gözəl etmək! Gəlin biz də onlara dəstək verək. Nəticədə Gül! Çiçəklən! Bakı! komandasının etdikləri doğma şəhərə sevgi və hörmətin ifadəsidir.