Novxanıdakı yeganə park abadlaşdı
"Green Garden" mətbəxində dadlı eksperimentlər...
Yeni ekoloji layihə
Gəncənin 120 yaşlı eyvanları “gəncləşib”
Gəncə qapıları
Azərbaycan inşaatında İsveçrə modeli -Kəlbəcərin yeni siması
Prezident Gəncədə
“PIRSHAGHI” brendinin Laçın filialı açıldı
Prezident "LATİFA" tikiş fabrikinin açılışında
Abadlaşan İslamabad
“Bakı Abadlıq Xidməti” İslamabadda layihələri uğurla davam etdirir
Dünyanın ən uca bayrağı
İslamabadın abadlaşdırılmasında Azərbaycan nümunəsi
FƏALİYYƏT
2007-ci ildən bəri paytaxtın və Bakıətrafı qəsəbələrin abadlaşdırılmasında fəal iştirak edən Bakı Abadlıq Xidməti 2021-ci ildən başlayaraq Dövlət başçısının tapşırığı ilə Qarabağın işğaldan azad olunmuş ərazilərində Böyük quruculuq prosesinə cəlb edilib. Laçın, Xocalı, Kəlbəcər şəhərlərində, Malıbəylidə, Xocavənd rayonunun Xocavənd kəndində, Umudluda, Kərkicahanda, Turşsu qəsəbəsində bərpa yenidənqurma işləri şirkətə həvalə olunub. Eləcə də III MDB Oyunlarının açılış mərasimi ərəfəsində qədim Gəncə şəhərində, Göygöl rayonunda, o cümlədən Göygöl şəhərində və Gəncədən Toğanalı yoluna qədər uzanan yol ətrafındakı kəndlərdə geniş bərpa yenidənqurma işləri Bakı Abadlıq Xidməti tərəfindən həyata keçirilib. Şirkətin daxil olduğu bütün məkanlarda tarixi abidələrin bərpasına xüsusi diqqət yetirilir. Yerli sakinlərlə əməkdaşlıq çərçivəsində mövcud problemlərin aradan qaldırılması üçün layihələr hazırlanır. Məşğulluq probleminin aradan qaldırılmasına mümkün qədər tövhə vermək məqsədilə ödənişsiz kurslar təşkil edilir. Bununla yanaşı, Bakı Abadlıq Xidməti istər Qarabağda, istərsə də Bakı kəndlərində asudə vaxtın səmərəli təşkili, gənc nəslin sağlam inkişafı üçün bir sıra sosial layihələr gerçəkləşdirir. Mədəni tədbirlərin, yeniyetmələr arasında peşəkar futbol, cüdo çempionatlarının keçirilməsinə dəstək olur. Bu gün Azərbaycanda milli brend kimi tanınan “Gilabi ceramics”, “Qasımuşağı”, “İslimi carpet” və s. markalar Bakı Abadlıq Xidmətinin yerli sənətkarlara yaratdığı imkanlar hesabına formalaşıb. Dövlət tərəfindən şirkətə etibar edilən işlərin əhatə dairəsi genişləndikcə abadlıq adına düşünülən yeni ideyaların da sayı artır. Bakı Abadlıq Xidmətinin saytındakı müxtəlif bölmələri fəaliyyətimizin izlənməsi və yeni təkliflərin verilməsi üçün münasib platforma kimi inkişaf etdirməyə çalışırıq.
MEDİA
ÜSTÜNLÜKLƏRİMİZ
-
Nüfuzlu şirkət
15 ildən artıqdır ki, biz öz nüfuzumuzu dürüstlük, etibarlı xidmət və yüksək keyfiyyətli iş sayəsində qazanmışıq.
-
İxtisaslaşmış şirkət
Tarixi abidələrin, yaşayış məntəqələrinin və kommersiya sahələrinin abadlaşdırılması, bərpası, yenidən qurulması və yaşıllaşdırılması üzrə ixtisaslaşmış şirkətik.
-
Vaxta nəzarət
Hər bir layihə üçün müəyyənləşmiş müddətə ciddi riayət olunaraq vaxtında təhvil verilir və büdcədən kənara çıxılmır.
-
Etibarlı xidmət
Biz etdiyimiz layihələrlə qürur duyuruq. Həyata keçirdiyimiz işlərin keyfiyyətinə zəmanət veririk, çünki sizin üçün yalnız mütəxəssislər işləyirlər.














