Ünvan

Heydər Əliyev prospekti 99/1, Bakı, Azərbaycan

Sosial şəbəkələrdə

Xidmətlər

Landşaft dizaynı

Düzgün layihələndirilmiş bağa sahib olmaq istəyirsiniz? Biz 10 ildən çoxdur ki, gözəl bağlar yaradırıq. Bakı Abadlıq Xidmətinin mütəxəssisləri arzularınızdakı bağın dizaynını çəkəcəklər. Müəyyən nəticələr əldə etməyə yönəlmiş 4 mərhələdən ibarət müştərək proses vasitəsilə müştərilərimizə ərazilərinin funksional potensialını ortaya qoyan bağ yaratmaq və saxlamağa kömək edirik.

1-ci mərhələ: İdeya

Bu mərhələdə biz illərin təlim və təcrübəsini müştərinin istək və prioritetləri ilə birləşdiririk. Böyük və ya kiçik – bütün ideyalar, xüsusən də, qiymətli vaxtınızı keçirdiyiniz yerlə bağlı olduqda önəmlidir.

Dizaynerlər əvvəlcədən qeyri-mümkün görünən ideyaları həyata keçirmək üçün sizinlə işləyirlər. Bu yaradıcılıq prosesi sayəsində dizayn fikirləri formalaşır. Bu mərhələdə düzgün düşünülmüş fikirlər sonradan səhvlərin qarşısını almaq və maksimum uğur qazanmağa kömək edir.

Addımlar:

  • Əraziyə baxış
  • Layihənin həcminin müəyyənləşdirilməsi
  • Büdcənin müzakirəsi
  • Obyektin təhlili
  • Obyektin mövcud vəziyyətinin planlaşdırılması
  • Potensial ideyaların araşdırılması
  • İdeyaların mümkünlüyünün nəzərdən keçirilməsi
  • Dizayn istiqamətinin müəyyənləşdirilməsi

2-ci mərhələ: Konsepsiya

Bu mərhələdə fikirlər dizaynla qarşılaşır. Birinci mərhələdə müəyyənləşdirilmiş prioritetlər texniki təsvirlərə keçirilir, daha sonra müştəri tərəfindən təsdiq edilib çap olunur, işlərin yerinə yetirilməsi üçün lazım olan tələblər müəyyənləşdirilir.

Addımlar:

  • Konseptual dizaynın yerinə yetirilməsi
  • Baş planın hazırlanması
  • CAD sistemində çertyojların hazırlanması
  • Perspektivlər
  • 3D modelləşdirmə

3-cü mərhələ: Sənədləşdirmə

Son konsepsiyanı təyin etdikdən sonra, bu mərhələyə qiymətlərin çıxarılması, tikinti planının hazırlanması və lazımi icazənin alınması üçün konsepsiyanın sınaqdan keçirilməsi, çizimlərin hazırlanması, qeydlərin aparılması və texniki spesifikasiya üçün vaxt daxildir. Detallı çertyojlar inşaatçıları növbəti mərhələyə hazırlamaq üçün tərtib edilir.

Addımlar:

  • Detallı planlaşdırma
  • Smeta

4-cü mərhələ: İcraetmə

Tikintinin bu mərhələsində komanda sahəyə çıxır. Dizayner və bütün digər tərəflər uğurlu layihənin həyata keçirilməsi üçün birlikdə çalışırlar. Materialların müəyyən edilməsi, tikinti qrupuna layihənin izahının verilməsi, ünsiyyət və lazımi tələblərə riayət edilməsi, həmçinin lazım olarsa, dizaynda mümkün dəyişikliklərin edilməsi üçün dizayner həmişə müştərinin suallarına cavab verməyə hazırdır.

Addımlar:

  • Komanda ilə görüş
  • Obyektdə yoxlama
  • Biliklərin ötürülməsi
  • Təkrar dizayn
  • Dəyişikliklər, müəllif nəzarəti
  • Keyfiyyətə nəzarət

Sifariş etmək