Əmircanda yaşıl adalar
Bakı Abadlıq Xidməti tərəfindən abadlaşdırılan Əmircan qəsəbəsində əsas tərtibat elementlərindən biri yaşıllıqlardır. Qəsəbənin müxtəlif ərazilərində “yaşıl ada”lar yaranır.
Vaxtilə məişət tullantıları və qamışlıqlarla əhatələnmiş gölətrafı ərazi müasir bulvar konsepsiyası əsasında yenidən qurularaq sakinlərin, turistlərin istirahəti üçün əlverişli məkana çevrilir.
Ərazinin özünəməxsus iqlim və torpaq xüsusiyyətləri, küləkli şəraiti və gölün təsiri nəzərə alınaraq burada mühitə uyğun, davamlı və uzunömürlü bitki növlərinə üstünlük verilir. Müxtəlif növ ağaclar, kollar, o cümlədən nadir dekorativ kollar və rəngarəng çiçəklər əraziyə xüsusi estetik görünüş verir.

