Şüvəlanda “Abad həyət” layihəsi
“Bakı Abadlıq Xidməti”nin həyata keçirdiyi “Abad həyət” layihəsi çərçivəsində Şüvəlan qəsəbəsində evlərin fasadları rənglənib, dam örtükləri təmir olunub, həyətlər asfaltlanıb. Həyətdə həmçinin söhbətgahlar və yelləncəklər quraşdırılıb.
Ərazidəki park bərpa edilib, yaşıllıqlar yenilənərək sakinlər üçün daha rahat və baxımlı istirahət məkanı yaradılıb.

