“Pirşah” brendi Laçında yeni mağazasını açır
Bakı Abadlıq Xidməti tərəfindən Pirşağı kəndinin abadlaşdırılması zamanı yaradılmış “Pirşah” brendi Laçın şəhərində yeni mağazasını açır.
Müasir və eksklüziv dizaynla orqanik əl işi keçə məhsulları təqdim edən “Pirşah” brendinin Laçında fəaliyyətə başlamasının əsas məqsədi tarixən heyvandarlıqla məşğul olmuş bölgədə keçəçiliyi müasir yanaşmalarla yenidən canlandırmaqdır.
Mağazada brendin keçə məhsullarının təqdimatı və satışı həyata keçiriləcək, eyni zamanda keçəçilik sənətinə maraq göstərənlər üçün master-klassların keçirilməsi də planlaşdırılır.
“Pirşah” brendinin Laçın mağazası üçün “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzindəki geniş otaqlardan biri ayrılıb. Burada keçəçilik ənənəsi müasir dizaynla birləşdirilərək Laçının yeni yaradıcılıq və sənət mühitinin bir hissəsinə çevriləcək.

